ABŞ-ın “Nike” idman şirkəti müsəlman qadınlar üçün çimərlik geyimləri hazırlayıb.
Trend-in məlumatına görə, “Victory Swim” kolleksiyası 2020-ci il fevralın 1-dən satışa çıxacaq.
Yeni çimərlik geyimi tamamilə qapalı olacaq və ayrıca hicabla birgə satılacaq.
2017-ci ildə şirkət müsəlman qadınlar üçün idman hicabı istehsal etmişdi.