“Çelsi”də yeni müqavilə

“Çelsi” futbolçusu Fikayo Tomorinin müqaviləsini yeniləyib.

Qol.az London klubunun saytına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, “zadəganlar”ın yetirməsi olan Tomori bu mövsüm Premyer Liqada 11 oyuna çıxıb.

Share: