“ABŞ-ın İsrail üçün kəşfiyyat məlumatları Qəzzada daha çox qurbana səbəb ola bilər”

“Kəşfiyyat məlumatlarının mübadiləsi HƏMAS-ın ələ keçirdiyi girovların azad edilməsinə və cihadçılar qruplaşmasının Qəzza bölgəsi sərhədləri yaxınlığında fəaliyyətinin monitorinqinə yönəlib…”

 

Vaşinqton Amerika-İsrail əməkdaşlığı sahəsində narahatlıq üçün daha bir səbəb tapıb

 

Vaşinqton İsrailin Amerikanın kəşfiyyat məlumatlarından Qəzzaya zərbələr üçün istifadə edə bilər ki, bu da dinc sakinlər arasında qurbanların artmasına gətirib çıxara bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

 

“Amerika-İsrail arasında kəşfiyyat məlumatlarının mübadiləsi haqqında məxfi saziş istimaiyyətin diqqətini Amerikanın İsrailə silah satışından daha az cəlb edib. Lakin bu sazış qanunverici demokratlar və hüquq-müdafiə qrupları tərəfindən getdikcə daha çox suallar doğurur”, – qəzet yazıb.

 

“Məni qayğılandıran odur ki, bizim kəşfiyyat məlumatları ilə mübadiləmiz bizim dəyərlərimiz və milli təhlükəsizlik maraqlarımıza uyğun olsun”, – bu barədə Nümayəndələr Palatasının kəşfiyyat üzrə Komitənin üzvü Ceyson Krou bəyan edib.

 

Ötən ilin dekabr ayında o, Milli Kəşfiyyatın direktoru Avril Heynsdən İsrailin Amerikanın kəşfiyyat məlumatlarından istifadə edilməsi barəfə müfəssəl danışmağı xahiş edib və son dərəcə narahat olduğunu ifadə edib: “Bizim indi bölüşdüklərimiz maraqlarımıza uyğun deyil”.

 

Krou deyib ki, İsrailin yüksək rütbəli hərbçisi və Amerika kəşfiyyatı nümayəndələri ilə ayrılıqda görüşlər keçirib. Bundan sonra elan edib ki, hər iki tərəfdən Qəzza bölgəsində mülki əhali arasında itkilər barədə hesabatlarında “kifayət qədər uyğunsuzluqlar” var.

 

“İsrail ilə kəşfiyyat məlumatlarının mübadiləsi HƏMAS-ın oktyabrın 7-də hücumundan sonra Ağ Evin buraxdığı məxfi memoramduma uyğun olaraq həyata keçirilir. Təxminəm elə həmin vaxt ABŞ Qəzza bölgəsində kəşfiyyat məlumatlarının toplanmasını genişləndirib.

 

Müharibə başlayanda ABŞ Kəşfiyyat Birliyi öz israilli həmkarları ilə kəşfiyyat məlumatlarının mübadiləsi qaydalarını işləyib hazırlayıb. Lakin yalnız Ağ Evin ali siyasətçiləri hər-hansı pozuntunu müəyyən edir”, – məqalədə deyilir.

 

Bununla yanaşı, qəzetin mənbələri dəqiqləşdirib ki, Vaşinqtonun İsrail üçün açıqladığı məlumat döyüş əməliyyatlarının aparılması üçün yararsızdır.

 

Məsələn, bu, Qəzza bölgəsi üzərində gerçək zaman rejimində işləyən kəşfiyyat dronlarından videoyayımlar ola bilər.

 

Ağ Ev nümayəndəsi məlumat verib ki, İsrail ilə kəşfiyyat məlumatlarının mübadiləsi oktyabrın 7-də HƏMAS tərəfindən ələ keçirilmiş girovların azad edilməsinə və cihadçılar qruplaşmasının Qəzza bölgəsi sərhədləri yaxınlığında fəaliyyətinin monitorinqinə yönəlib.

 

Kəşfiyyat məlumatlarının mübadiləsindən başqa, ABŞ xüsusi xidmət orqanları hər iki tərəfdən müharibənin aparılması qaydalarının potensial pozuntularının nümunələrini toplayır. İki həftəfə bir dəfə müşahidələrin nəticələri müvafiq hesabatda qeyd edilir.

 

İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi kontr-admiral Daniel Xaqari bu günlər brifinqdə bəyan edib ki, onun İsrail ordusunda 30 illik xidməti müddətində İsrail ilə ABŞ arasında kəşfiyyat və əməkdaşlığın səviyyəsi heç vaxt belə yüksək olmayıb.

 

“Biz kəşfiyyatın əlaqələndirilməsinin misli görünməyən səviyyəsini müşahidə edirik”, – Xaqari deyib.

 

“İsrailin rəsmi şəxsləri kəşfiyyat məlumatlarının mübadiləsi haqqında sazişin xüsusiyyətlərini şərh etməkdən imtina edib”, – onlar qeyd edib.

Mənbə

Share: