ABŞ İranla yeni razılaşma əldə etmək istəyir – FT

ABŞ İranla yeni razılaşma əldə etmək istəyir – FT

ABŞ hakimiyyəti İranla münaqişəni anlaşma memorandumu vasitəsilə həll etməyi düşünmür.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbələrə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası memorandumu təkcə Hörmüz boğazı ilə bağlı deyil, həm də Tehranın nüvə proqramı ilə bağlı müddəaları özündə əks etdirən daha əhatəli razılaşma ilə əvəz etməyi planlaşdırır.

Nəşr qeyd edir ki, artıq ABŞ və İran arasında danışıqlar aparılmır. Lakin vasitəçilər Tehran və Vaşinqton arasında əlaqə kanallarını açıq saxlayıb və yeni saziş üçün zəmin yaratmağa çalışırlar.

Share: