ABŞ İsraildən PUA əleyhinə bahalı sistemlər alıb

Pentaqon pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə aparan yeni sistemlər alıb.

 

ABŞ müasir texnologiyaları mərkəzi qərargahı İsraildə yerləşən “Leonardo DRS” şirkətindən əldə edib.

 

Razılaşmaya əsasən, şirkət ABŞ-ni pilotsuz uçuş aparatlarını tutmaq üçün hazırlanan xüsusi kinetik məhvetmə maşınları və bu sistemlərin müvafiq ehtiyat hissələri ilə təmin edəcək.

 

Qeyd olunur ki, müqavilənin məbləği təxminən 60 milyon dollardır.

 

Məlumat üçün əlavə edək ki, ötən il İsrailin “MCTECH RF Technologies” şirkəti adı açıqlanmayan NATO ölkəsinə pilotsuz uçuş aparatları əleyhinə sistemlər tədarük edib.(oxu.az)

 

Mənbə: Defense Industry Daily

Mənbə

Share: