ABŞ klubundan Messiyə 200 milyon dollarlıq TƏKLİF

Amerikanın “İnter Mayami” futbol klubu “Paris Sen-Jermen” (PSJ) klubunun oyunçusu Lionel Messiyə rəsmi olaraq uzunmüddətli müqavilə təklif edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Diario Sport” portalı məlumat yayıb.

 

Məlumata görə, təklif edilən müqavilənin məbləği 200 milyon dollar olacaq. Qeyd olunur ki, Messiyə dörd mövsümlük müqavilə təklif olunub. Hər mövsüm üçün 50 milyon dollar nəzərdə tutulub.

 

Təklif edilən müqaviləyə əsasən, argentinalı futbolçu 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının reklam kampaniyasında da iştirak edə biləcək.

 

Xatırladaq ki, Messi 2021-ci ilin yayında “Barselona”dan PSJ-yə keçib. 35 yaşlı oyunçunun müqaviləsi mövsümün sonunda başa çatır. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da onunla maraqlanıb və Messiyə 1,2 milyard avroluq müqavilə təklif edib.

Mənbə

Share: