“ABŞ Ukraynadakı münaqişəni 2025-ci ilin sonuna qədər uzatmaq istəyir”.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
“Bunu ABŞ-ın imzaladağı sənədlərdən anlamaq mümkündür. ABŞ Ukraynadakı münaqişəni 2025-ci ilin sonuna qədər uzatmaq istəyir. “Raytheon” şirkəti ilə imzalanan müqaviləyə görə, ABŞ bu şirkətə Ukraynanın 3 il ərzində silahlandırılması üçün 1.2 milyard ABŞ dolları ayırıb”, – deyə XİN rəsmisi bildirib.