Qadın sürücü avtomobili kanala aşırdı: Yanında məktəbli övladı da olub

Bu gün səhər saatlarında Abşeron rayonu, Goradil dəmiryol stansiyasının yaxınlığında avtomobil kanala aşıb.

 

Bu barədə Baku.ws-in “qaynar xətt”inə məlumat daxil olub.

 

Şahidlərin sözlərinə görə, “Nissan Tiida” markalı avtomobildə qadın sürücü və məktəbli övladı olub.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil yararsız vəziyyətə düşüb.

 

Sakinlər sözügedən ərazidə belə halların tez-tez yaşandığını iddia edirlər. Onlar buna səbəb kimi küçələrdə işıqların olmamasını göstərirlər.

Mənbə

Share: