ABŞ Türkiyəyə Rusiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Ukraynaya S-400 hava hücumundan müdafiə sistemləri göndərməyi təklif edib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Məlumata görə, qeyri-rəsmi olaraq təqdim edilən təklif ABŞ dövlət katibinin müavini Vendi Şermanın Türkiyəyə səfəri zamanı da gündəm olub.
Məsələ ilə bağlı Türkiyə rəsmiləri tərəfindən heç bir açıqlama verilməyib.