ABŞ Ukraynaya müşahidə PUA-ları verəcək

ABŞ-ın Ukrayna ilə bağlı yeni hərbi paketinə kəşfiyyat tipli pilotsuz uçuş aparatları (PUA) da daxil olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.

 

Yardım paketinə ilk dəfə minaya qarşı qorumaya malik maşınlar daxildir.

 

Adının açıqlanmasını istəməyən məmur paketin 775 milyon dollar dəyərində olacağını, paketə, həmçinin əlavə sursat və 16 artilleriya sisteminin də daxil olduğunu bildirib.

 

Bundan əlavə, yardım paketinə 15 ədəd “Scan Eagle” müşahidə PUA-sı, 40 ədəd “MaxxPro” adlı minaya qarşı qorumalı maşın və 1000-ə yaxın “Javelin” tank əleyhinə raket daxildir.

Mənbə

Share: