ABŞ zəlzələyə görə Suriyaya qoyduğu sanksiyaları ləğv etdi

 

Amerika Birləşmiş Ştatları (ABŞ) zəlzələdən sonra Suriyaya edilən yardımlarla bağlı sanksiyaları ləğv edib.

Millətin Səsi.az NEXTA-ya istinadən xəbər verir ki, qərar baş vermiş zəlzələ ilə əlaqədar verilib.

Həmçinin vurğulanıb ki, eləcə də ABŞ hakimiyyəti Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humanitar yardım göstərmək üçün də 85 milyon dollar ayırmaq barədə qərar qəbul edib.

Xatırladaq ki, Suriyada baş vermiş dağıdıcı zəlzələ nəticəsində 3 mindən çox insan həyatını itirib, minlərlə yaralı var.

Mənbə

Share: