Abşeronda AĞIR QƏZA – Yaralılar var

Dünən 20:37 radələrində Abşeron rayonu, Məhəmmədi kəndində “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında yol nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, qəza nəticəsində iki qadın, bir kişi və bir uşaq müxtəlif travmalar alıb. Yaralılar hamısı 3 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Hazırda müalicələri davam edir.

Share: