“Açıq mikrofon” bu dəfə Quba abonentlərinin müraciətləri üçün quruldu

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon”u bu dəfə Quba abonentlərinin müraciətləri üçün qurulub.

 

“Səyyar qəbul otağı”nın Qubada baş tutan aksiyasında ümumilikdə 19 müraciət ünvanlanıb. Bunlardan 8-i kəndilərin qazlaşdırılmasını özündə əks etdirib.

Abonentlərdən Cəlal Məmmədov qaz xəttinin yerinin dəyişdirilməsini, Nazim Məmmədov isə fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli)  qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş edib.

Aksiyada ünvanlanan müraciətlər Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.

Mənbə

Share: