Adnan Oktarın qaldığı həbsxana dəyişdirildi

8 min 658 il müddətinə azadlıqdan məhrum edilən Adnan Oktarla bağlı daha bir xəbər yayılıb.

 

Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun qaldığı həbsxana dəyişdirilib.

 

Cinayətkar şəbəkə yaradan Oktar Erzurum Dumlu həbsxanasından Van Başkale Qapalı Cəzaçəkmə müəssisəsinə aparılıb.

 

Bu onun təhlükəsizliyi üçün edilib.

 

 

Adnan Erzurum Dumlu həbsxanasına iki il əvvəl gətirilib. Ötən gün gecə saatlarında isə onun yeri dəyişdirilib. Oktarın sonuncu dəfə qaldığı həbsxanada gənc vəkillərlə görüşdüyü iddia edilmişdi. Bildirilib ki, Oktar qurduğu cinayətkar şəbəkənin fəaliyyətini həbsxana şəraitində davam etdirib. Onun 15 gün ərzində 200-ə yaxın vəkillə görüşdüyü, hüquqi yardım adı altında görüşlər keçirdiyi qeyd edilmişdi.

 

Bundan sonra Erzurum Dumlu həbsxanasında araşdırmalara başlanılmışdı.

 

Xatırladaq ki, Adnan Oktar cinayətkar şəbəkə yaratmaq və ona rəhbərlik etmək, cinsi istismar, işgəncə, azadlıqdan məhrum etmə kimi müxtəlif maddələrlə ittiham edilərək təqsirləndirilib.

Mənbə

Share: