Aeroport yolunda ağır yol qəzası- Sürücü yaralandı

Bakı şəhəri, Zığ-Aeroport yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Millətin Səsi.az xəbər verir ki, Beynəlxalq Hava limanından şəhər istiqamətində hərəkət edən   dövlət qeydiyyat nişanı  99-SA-975 olan  tayota minik avtomobili yoldan  çıxaraq aşıb; avtomobil baş yoldan çıxaraq, köməkçi yolu da keçib , yol kənarında yerləşən evin hasarına çırpılıb. Nəticədə, avtomobil  tam yararsız hala düşüb, sürücü  isə ağır yaralanıb.

Hadisə şahidlərinin dediyinə görə, qəzaya səbəb yüksək sürət olub.

Share: