
Burkina Faso hökuməti Fransa ilə 1961-ci ildə imzalanmış “hərbi yardım müqaviləsi”ni ləğv etmək qərarına gəlib.
Modern.az MSN-ə istinadən xəbər verir ki, Afrika ölkəsinin Xarici İşlər Nazirliyi bu barədə Fransaya məktub göndərib.
Məktubda bildirilir ki, 1961-ci il aprelin 24-də Parisdə Yuxarı Volta Respublikası (indiki Burkina-Faso) ilə Fransa Respublikası arasında bağlanmış texniki hərbi yardım haqqında sazişi denonsasiya edir.
Qeyd edək ki, Burkino-Fasoda dövlət çevrilişi baş verdikdən sonra Fransa ilə münasibətləri pisləşib.
Akif İsmayılov