Afrika ölkəsi Fransa ilə 60 illik müqaviləni ləğv etdi 

Burkina Faso hökuməti Fransa ilə 1961-ci ildə imzalanmış “hərbi yardım müqaviləsi”ni ləğv etmək qərarına gəlib.

 

Modern.az MSN-ə istinadən xəbər verir ki, Afrika ölkəsinin Xarici İşlər Nazirliyi bu barədə Fransaya məktub göndərib.

 

Məktubda bildirilir ki, 1961-ci il aprelin 24-də Parisdə Yuxarı Volta Respublikası (indiki Burkina-Faso) ilə Fransa Respublikası arasında bağlanmış texniki hərbi yardım haqqında sazişi denonsasiya edir.

 

Qeyd edək ki, Burkino-Fasoda dövlət çevrilişi baş verdikdən sonra Fransa ilə münasibətləri pisləşib.

 

Akif İsmayılov 

Mənbə

Share: