Ağac qırılıb yola düşdü, çətinlik yarandı

Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Bildirilir ki, bu səbəbdən Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

 

“Sürücülərdən nəzərə almaları xahiş edilir”, – qeyd olunub.

Mənbə

Share: