Ağcəbədidə sakinlər tüfənglərini polisə təhvil verdilər

Ağcabədi rayonunda vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, görülən işlərin nəticəsi olaraq daha 4 müxtəlif kalibrli tüfəng könüllü təhvil verilib. Vətəndaşlara bu nümunəvi davranışları üçün təşəkkür olunub.

Bundan başqa, ötən gün rayon ərazisindən aşkar olunan 1 ədəd “Kalaşnikov” markalı avtomat və xeyli sayda patron da polis əməkdaşları tərəfindən həmin ünvandan götürülüb.

Mənbə

Share: