Ağcabədidə qaz xətti zədələnib, 400 abonent qazsız qalıb

Ağcabədi rayonunun Xəlfəələddin və Kamil Nəsibov küçələrində yerləşən mənzilləri təbii qazla təmin edən diametri 108 mm olan qaz kəmərini avtomobillə vuraraq qırıblar.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Nəticədə adı çəkilən küçələrdə yaşayan 400 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Xəttin bərpası istqamətində işlər aparılır.

Share: