Ağsu aşırımında yanğın başlayıb, əraziyə iki helikopter cəlb olunub

Ağsu rayonundakı Ağsu aşırımı ərazisində yanğın baş verib.

Milletinsesi.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki helikopteri və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

Share: