Aİ-dən Rusiyaya qarşı növbəti addım

Avropa İttifaqı Rusiya Federasiyası ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırmaq qərarına gəlib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Sijarto öz “Facebook” səhifəsində paylaşım edib.

O, həmçinin qeyd edib ki, ruslara vizaların verilməsinə qadağa qoyulması ilə bağlı Avropa İttifaqı ölkələri yekdil razılığa gələ bilməyib. Sijartonun sözlərinə görə, Macarıstan bu tədbirə qarşı çıxan dövlətlər cərgəsində yer alıb.

Mənbə

Share: