
Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə Ukraynaya sursat və raketlərin tədarükünü sürətləndirməyə çağırıblar.
Bu barədə sammitin yekun bəyannaməsində deyilir.
“Avropa İttifaqı Şurası xüsusən Ukraynaya 1 milyon artilleriya sursatının verilməsi öhdəliyini nəzərə alaraq, döyüş sursatı və raketlərin tədarükünün sürətləndirilməsinin zəruriliyini vurğulayır”, – bəyanatda qeyd olunub.
Bundan əlavə, Avropa İttifaqı Şurası üzv dövlətləri Ukraynanın ehtiyaclarını ödəmək üçün bütün variantları araşdırmağa və bu istiqamətdə səyləri gücləndirməyə, o cümlədən ehtiyatların davamlı tədarükü, mövcud sifarişlərin yönləndirilməsi və zəruri yeni sifarişlərin yerləşdirilməsinə dair çağırış edib.


