Yeni İran-ABŞ danışıqları tezliklə keçiriləcək

Yeni İran-ABŞ danışıqları tezliklə keçiriləcək

İran və ABŞ arasında birbaşa danışıqların növbəti raundu “tezliklə” gözlənilir, çünki diplomatik səylər müsbət nəticələr verir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Pakistanın müdafiə naziri Xavaca Asif deyib.

“The Express Tribune” Cənubi Asiya dövlətinin müdafiə nazirindən sitat gətirib: “Yalnız müsbət irəliləyiş müşahidə olunub”.

Asifin sözlərinə görə, davam edən diplomatik səylər “konstruktiv istiqamətdə” gedir.

Əvvəlki məlumatlara görə, cümə axşamı İslamabadda Vaşinqton və Tehran arasında birbaşa danışıqların yeni mərhələsi baş tuta bilər. Associated Press-in məlumatına görə, iki tərəf Pakistanın paytaxtında növbəti görüşün keçirilməsi imkanını müzakirə edir. Bu arada ABŞ administrasiyasının rəsmiləri danışıqların yeni raundu üçün mümkün yer kimi Cenevrəni qeyd ediblər.

Share: