Aİ Ukraynaya 5700 günəş paneli verəcək

Avropa İttifaqı Ukraynaya 5700 günəş paneli verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Layen məlumat yayıb.

 

“Mən Ukrayna ilə onun enerji təhlükəsizliyi üçün vacib olan bərpa olunan enerji mənbələri üzərində işləyəcəyimə söz vermişəm”, – o deyib.

 

Avropa Komissiyasının sədri bildirib ki, 5700 günəş panelindən ibarət ilk partiya tezliklə Ukraynaya göndəriləcək.

Mənbə

Share: