Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketinə Ukraynadakı xüsusi hərbi əməliyyatda iştirak edənlərin Aİ-yə üzv dövlətlərə girişini qadağan edən müddəanı daxil edə bilməyib.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.
“Biz rusiyalı döyüşçülərin Aİ-yə girişinin rəsmən qadağan edilməsi istiqamətində mühüm addım atdıq”, – deyə o qeyd edib.
Qeyd edək ki, İyun ayında 21-ci sanksiya paketi layihəsini təqdim edərkən, Lyayen xüsusi hərbi əməliyyat iştirakçıları üçün girişə tam qadağa tətbiq edəcəyini vəd etmişdi.
Bundan əlavə, Avropa Komissiyasının sədri Rusiya istehsalı olan mayeləşdirilmiş təbii qazın (LNG) üçüncü ölkələrə daşınmasına qoyulacaq qadağadan bəhs etməyib; həmin tədbir əvvəlcə paketin əsas hissəsi kimi təqdim olunsa da, sonradan Aİ-yə üzv dövlətlər tərəfindən bloklanmışdı.


