Akar Suriya ilə sərhəddə getdi

 

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələri komandanlığının müşayiəti ilə Suriya sərhəd xəttinə yollanıb.

Milletinsesi.az xəbər verir ki, nazir burada qoşunların təftişini həyata keçirib.

Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülanla birlikdə Hatay şəhərinə baş çəkib.

Hatay Hava Limanında 2-ci Ordu Komandanı General Metin Gürak və digər rəsmilər tərəfindən qarşılanan Akar onu müşayiət edən komandirlərlə birlikdə Bahar Qalxanı Əməliyyatları Bölgəsi Sektor Komandanlığına üz tutub.

Mənbə

Share: