Akulalar gənc futbolçunu yedi

ABŞ-ın “Qastinq Bronkos” komandasının futbolçusu Erik Brigitt faciəvi şəkildə həlak olub.

Qol.az “El Caso”ya istinadən xəbər verir ki, 21 yaşlı futbolçunu Avstarliyada dostları ilə istirahət etdiyi vaxt akulalar yeyib. Hadisə almaniyalı oyunçunun sahildə gəzdiyi vaxt sürüşərək suyun axın hissəsinə düşməsi nəticəsində baş verib.

Hadisə yerinə polis və xilasetmə qüvvələri cəlb olunsa da, həmin gün futbolçunun qalıqlarını tapmaq mümkün olmayıb.

“Qastinq Bronkos” oyunçunun ailəsinə başsağlığı verib.

Share: