Alman gəmisi Qırmızı dənizdə husilərin pilotsuz təyyarəsini vurub

Almaniyanın “Hessen” freqatına məxsus vertolyotu Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən buraxılan pilotsuz uçuş aparatını aşkarlayaraq məhv edib.

 

Məlumata görə, pilotsuz təyyarə mülki yedək gəmisinə yaxınlaşan an vurulub.

 

Qeyd edək ki, ticarət gəmilərini qorumaq üçün Qırmızı dənizdə yerləşdirilən “Hessen” freqatının pilotsuz təyyarələri vurması ilk dəfə deyil. Fevralın sonunda gəmi yəmənli husilərin ilk hücumunu dəf edərək iki pilotsuz təyyarəni vurub. Lakin, eyni zamanda, freqat səhvən ABŞ pilotsuz təyyarəsinə də atəş açıb.

Mənbə

Share: