Almaniya “ölüm-qalım” matçında İspaniyaya qarşı – AFİŞA

 

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II turun daha dörd oyunu keçiriləcək.
Milletinsesi.az xəbər verir ki, günün ilk matçı E qrupunda Yaponiya və Kosta Rika yığmaları arasında olacaq.

Bu qrupun digər görüşündə isə mundiala qələbə ilə başlayan İspaniya ilk turda gözlənilmədən yaponiyalılara uduzan Almaniya yığması ilə münasibətlərinə aydınlıq gətirəcək. Bundestimin turnirdə yoluna davam etmək şansları böyük ölçüdə bu oyundan asılıdır.

F qrupunda isə Belçika Mərakeşi, Xorvatiya Kanadanı sınağa çəkəcək.

DÇ-2022

Qrup mərhələsi, II tur

27 noyabr

E qrupu

14:00. Yaponiya – Kosta Rika

Baş hakim: Maykl Oliver (İngiltərə)

“Əhməd İbn Əli” stadionu

23:00. İspaniya – Almaniya

Baş hakim: Denni Makkelli (Niderland)

“Əl Bayt” stadionu

Xal durumu: İspaniya – 3, Yaponiya – 3, Almaniya – 0, Kosta Rika – 0

F qrupu

17:00. Belçika – Mərakeş

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

“Al Tumama” stadionu

20:00. Xorvatiya – Kanada

Baş hakim: Andres Matonte (Uruqvay)

“Xəlifə” stadionu

Xal durumu: Belçika – 3, Xorvatiya – 1, Mərakeş – 1, Kanada – 0

Mənbə

Share: