Almaniya Ukraynaya zirehli maşınlar göndərdi

Almaniya Ukraynaya “Marder” piyada döyüş maşınlarının çatdırılmasına başlayıb.

Bu barədə CNN Almaniyanın müdafiə naziri Boris Pistoriusa istinadən məlumat yayıb.

Pistorius tədarük edilən piyada döyüş maşınlarının sayını açıqlamayıb. Bu ilin əvvəlində Almaniya 40 ədəd zirehli maşın göndərəcəyini bildirib. Ukraynalı hərbçilər Almaniyada zirehli maşınlarla təlimlər keçib.

“Marder” döyüş meydanında hərbçilərin hərəkəti üçün nəzərdə tutulub. 1970-ci illərin əvvəllərindən Almaniya ordusu tərəfindən istifadə olunur və daim təkmilləşdirilir.

Mənbə

Share: