Almaxanımın möhtəşəm solo konserti baş tutub

May ayının 29- da Az.TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, sevimli müğənnimiz, şöhrətli xanəndə Almaxanım Əhmədlinin Heydər Əliyev adına sarayda solo konserti olub.

Millətin Səsi.az xəbər verir ki, bu tədbir sənətçinin sayca 4- cü, Heydər Əliyev sarayında isə ilk böyük solo konsertidir. Müğənnini tarzən Məsim İslamovun rəhbərliyi ilə ” Bayatı- türk” insttumental ansamblı məharətlə müşayiət edib. Konserti peşəkarlıqla idarə edən məşhur teleaparıcı Azər Süleymanlı tədbir boyu hər musiqi nömrəsinin mətninə uyğun tanınmış şair Vüqar Əhmədin şeirlərini səslındirib. Anşlaqla keçən konsertdə muğam, xalq, aşıq və bəstəkar mahnıları, eləcə də türk və estrada nəğmələri ifaçı tərəfindən peşəkarlıqla, orijinallıqla, yüksək məharətlə ifa olunub və sürəkli alqışlarla qarşılanıb.

Aparıcı Azər Süleymanlı Heydər Əliyevin 100 illiyi günlərində onun adını daşıyan fondun keçirdiyi 6-cı televiziya muğam müsabiqəsinin ” Qran- Pri” mükafatçısı Almaxanımı belə əzəmətli, möhtəşəm konsertə görə təbrik edib, uğurlar arzulayıb, eyni zamanda Müstəqillyimizin 105 illiyi və Türkiyədəki demokratik seçkilərdə Ərdoğanın qalib gəldiyinə görə tamaşaçıları təbrik edib.

2000 min nəfərlik tam dolu olan salonda dövlət məmurları, millət vəkilləri, elm və sənət nümayəndələri də iştirak ediblər. Sonda ” Yaşa mənim xalqım” mahnısı Almaxanımla yanaşı ayaqüstə duran tamaşaçılarla birgə ifa olunub.

21 yaslı gənc xanəndə-müğənnimizə uğurlar arzu edirik.

Mənbə

Share: