Amerikalıları Çini sevmir – SORĞU

Amerikalı yetkin insanların böyük əksəriyyəti Çin haqqında mənfi fikirdədir. Müşahidələr göstərir ki, ABŞ-da Çinə mənfi münasibət bəsləyən insanların sayı ötən illə müqayisədə təxminən 4 faiz artıb.

Modern.az xəbər verir ki, bununla bağlı “Pew” Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumata görə, amerikalıların 83 faizi Çinə qarşı xoş münasibət bəsləmir. Hər on amerikalıdan dördü Çinə rəqib və ya tərəfdaş deyil, ABŞ-ın düşməni kimi baxır.

Araşdırmada, həmçinin qeyd edilib ki, amerikalılar Çinin dünyadakı rolundan narahatdır. Məsələn, Çin lideri Si Cinpinin Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfərindən sonra amerikalıların 62% -i Çin-Rusiya tərəfdaşlığını ABŞ üçün çox ciddi problem hesab etməyə başlayıb.

Çinin artan texnoloji gücü bir çox amerikalıları digər məsələlərlə müqayisədə daha az narahat edir, baxmayaraq ki, on nəfərdən dördü bunun çox ciddi problem olduğunu deyir. 

Mənbə

Share: