Ana və üç yaşlı qızı dəm qazından zəhərləndi

 

Abşeronda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

 

“Report”un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanim Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

 

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılılar.

Share: