“Anadolu qartalı 2022” təlimləri başladı

Türkiyənin Konya vilayətində Azərbaycan hərbçilərinin iştirakı ilə beynəlxalq “Anadolu qartalı 2022” təlimləri başlayıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan, Böyük Britaniya, İordaniya, Pakistan və Türkiyənin hava və dəniz qüvvələrinin, eləcə də NATO mənsublarının iştirakı ilə beynəlxalq “Anadolu qartalı 2022″ təlimləri Konyadakı 3-cü hərbi-hava bazasında start götürüb” – məlumatda deyilir.

Share: