ANAMA vətəndaşlara müraciət etdi

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) vətəndaşlara müraciət edib.

Milletinsesi.az xəbər verir ki, ANAMA direktoru Qəzənfər Əhmədov vətəndaşları naməlum əşyalara toxunmamağa çağırıb.

Onun sözlərinə görə, naməlum əşya ilə rastlaşarkən zaman dərhal 102 xidmətinə, FHN-nin “Qaynar xətti”nə, həmin rayon və şəhər üzrə polis bölmələrinə məlumat vermək lazımdır:

“Vətəndaşları işğaldan azad edilən ərazilərə daxil olmamağa çağırırıq. Çünki orda minaya düşmək riski çox yüksəkdir. Yaxın gələcəkdə insanların öz doğma torpaqlarına qayıtmasına şərait yaradılacaq”.

 

Share: