![Anbardan 40 min manatlıq qadın ayaqqabıları OĞURLANDI](https://milletinsesi.az/wp-content/uploads/;http://www.unikal.org/photos/unikal/1557907805.600@0.jpg)
Bülbülədə anbardan 40 min manatlıq qadın ayaqqabıları oğurlanıb.
Daxili İşlər Nazirlyi Mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, mayın 13-də Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.