ANİMA MMC Ədliyyə Sistemini də saymır..

Nəsimi rayonu A.Səhhət 33 ünvanında hakim Miminat Hacıbəyovanın 01 sentyabr 2022 tarixli Məhkəmə qərarını belə saymayaraq tikintini qanunsuz aparan ANİMA MMC nin qanunsuz və zorakılıq hərəkətlərini videoqeydə aldığı kimi də efirə verib ictimailəşdirdi.
Hörmətli Ədliyyə naziri cənab Fikrət Məmmədov, İcra Probasiya əməkdaşlarını da saymır ANİMA MMC.
Sakinləri ölümlə üzbəüz qoyur hal hazırda da tikinti davam edir! İcra haqqında qanunun 3 və 10cu maddələri, Şəhərsalma və Tikinti məcəlləsinin də 76 -cı maddəsini kobud şəkildə pozaraq yaxınlığdakı 19 mərtəbəli binalardan satdığı mənzil pullarıyla Dövlət qanunlarına qarşı çıxır!

Bildiyimiz kimi , Məhkəmə qərarları Azərbaycan Respublikası adından çıxarılır.

Respublikanın da başçısı cənab İlham Əliyevdir! Demək “Anima MMC ” rəhbərliyi bu cür hərəkətləriylə, məhz Prezidentə qarşı addım atır!

Xəyyam Qurbanlı.

Share: