Anti-Rusiya kampaniyası aparmırıq – Erməni nazir

“Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yoxdur”.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

 

Ermənistan xarici işlər naziri müxtəlif siyasi dairələrin İrəvanda vaxtaşırı keçirdiyi anti-Rusiya aksiyaları ilə bağlı sualı cavablandırarkən deyib ki, ölkədə məqsədyönlü anti-Rusiya kampaniyası yoxdur.

 

Mirzoyan vurğulayıb ki, on minlərlə rus Ermənistan ərazisində kifayət qədər dinc və rahat yaşayır, bizneslərini, işlərini aparır və bu kontekstdə heç bir şikayət daxil olmayıb.

 

“Bu fakt heç bir anti-Rusiya əhval-ruhiyyəsinin olmadığını açıq şəkildə göstərir. Nümayiş və aksiyalara gəlincə, Ermənistan Konstitusiyası və onun qanunları sərbəst toplaşmaq azadlığına təminat verir və bu, uzun müddətdir ki, yeni xəbər deyil. İrəvanda da ölkə rəhbərliyinə qarşı nümayişlər çox tez-tez keçirilir”, – XİN başçısı söyləyib.

Mənbə

Share: