AP Rusiyaya qarşı 10-cu sanksiyalar paketinin dərhal qəbul edilməsinə çağırıb

Avropa Parlamentinin (AP) deputatları fevralın 2-də Brüsseldə keçiriləcək plenar iclasda sayca 10-cu anti-Rusiya məhdudiyyətlər paketinin qəbul edilməsinə çağırış ediblər.

Bu barədə xarici KİV-lər AP-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Avropa Parlamenti Avropa İttifaqı ölkələrini ən qısa zamanda Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəlməyə çağırır”, – məlumatda deyilir.

AP-də, həmçinin iqtisadi və şəxsi məhdudiyyətlər də daxil olmaqla növbəti məhdudiyyətlərlə bağlı təşəbbüslərin vaxtında verilməsi istənilib.

Bir sıra AP deputatının fikrincə, Rusiyanın “Lukoyl” və “Rosatom” şirkətlərinə qarşı sanksiyaların tətbiqini işləyib hazırlamaq lazımdır. Parlamentarilər Rusiyadan almazların birbaşa və dolayı yolla idxalını, alınmasını və daşınmasını məhdudlaşdırmağı təklif edirlər.

Mənbə

Share: