Aquero Premyer Liqanın tarixinə düşdü

“Mançester Siti”nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki,  argentinalı hücumçunun rekordu Premyer Liqanın 22-ci turunda səfərdə “Aston Villa”nı 6:1 məğlub etdikləri görüşdə qeydə alınıb.

Matçda het-trik edən futbolçu Premyer Liqa tarixində ən çox qol vuran legioner oyunçu ünvanını qazanıb. 31 yaşlı hücumçunun aktivində 176 qol var. Bundan əvvəlki rekord fransız futbolçu Tyerri Anriyə aid idi. “Arsenal”ın sabiq hücumçusu Premyer Liqada 175 qol vurmuşdu.

Qeyd edək ki, 2011-ci ildən “Mançester Siti”də çıxış edən Aquero bu mövsüm Premyer Liqada 16 oyunda 13 qol vurub.

Share: