İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Arakçı ABŞ-la müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” iranlı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, 19 iyunda nəzərdə tutulan imzalama mərasimində ABŞ-ı vitse-prezident Ceyms Devid Vens təmsil edəcək.
Mərasimin baş tutacağı təqdirdə bu, Vaşinqton və Tehranın son 47 il ərzində ən yüksək səviyyəli görüşü olacaq.


