Argentina çempionatının bombardiri “Real” və “Atletiko”nun hədəfində

“River Pleyt”in  hücumçusu Xulian Alvares La Liqanın aparıcı klublarının diqqət çəkib .

Qol.az “Marca”ya istinadən xəbər verir ki, “Real” 21 yaşlı futbolçunu izləyir. Oyunçu hazırkı formasını saxlasa, “kral klubu” onunla müqavilə imzalamağa cəhd edə bilər.

Alvareslə “Atletiko”nun da maraqlandığı vurğulanır.

Qeyd edək ki, Alvares bu mövsüm “River Pleyt”də 16 oyunda 15 qol vurub və 5 qolun ötürməsini verib. O, hazırda Argentina çempionatının ən yaxşı bombardiridir.

Share: