“Arka sokakların” aktyoru yenidən ata olacaq

“Arka sokaklar” serialında “Mesud” obrazını canlandıran aktyor Şevkət Çoruh ikinci dəfə ata olacaq.

Axşam.az xəbər verir ki, 3 il öncə ailə həyatı quran aktyor hamilə həyat yoldaşı Özgə Turna ilə şəklini sosial şəbəkədə yayımlayıb.

O, görüntüyə “Gəl Turnam. 2020 Turna qarşılaması” sözlərini qeyd edib.

Qeyd edək ki, aktyorun həmkarı Günay Qaracaoğlu ilə ilk evliliyindən Gülənay adlı bir qızı var.

Share: