Astarada bir neçə kəndi birləşdirən yol çöküb, körpü dağılıb – FOTO

Astarada selin törətdiyi fəsadlar artmaqdadır.

Ötən gecə Astara rayonunun Pensər-Şamətük dağlıq yolunun Şağlazüzə kəndindən keçən hissəsi çöküb. Yolda nəqliyyatın hərəkəti dayanıb.

Şağlazüzə-Siyokəş kəndlərini birləşdirən yoldakı körpünü də sel suları dağıdıb.

Ərazidə təmir-bərpa işlərini aparmaq üçün əvvəlcə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır. /Report/

 

Mənbə

Share: