Aşurada xoşagəlməz hallar olmayıb – Dini Komitə

Bu ilin 27-28 iyul tarixlərində Tasua və Aşura mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qəbul etdiyi müraciətə uyğun olaraq keçirildiyini, aparılan monitorinqlərə əsasən xoşagəlməz hallar müşahidə edilməyib.

 

Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının bu ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə deyib.

 

Komitə rəsmisi buna mütəmadi olaraq maarifləndirmə tədbirlərinin aparılması və qanunvericiliyin qorunması istiqamətində hüquq-mühafizə orqanlarının apardığı profilaktik tədbirlər nəticəsində nail olunduğunu bildirib.

 

Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov Bakı şəhərində mövcud dini durum və görülmüş işlər barədə məlumat verərək bildirib ki, dini durumun öyrənilməsi və qiymətləndirilməsi məqsədilə məscidlərdə ümumi monitorinqlər keçirilib.

 

A. Kazımov Bakı şəhəri üzrə şöbənin digər qurumlarla birgə dini radikalizm və ekstremizm meyllərinin qarşısının alınması, o cümlədən dini durumun sabit saxlanılması məqsədilə gördüyü işlərdən danışıb.

Mənbə

Share: