“Atletiko”dan Ronaldo açıqlaması

“Atletiko”nun prezidenti Enrike Sereso “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonu transfer edəcəkləri barədə yayılan məlumatlar haqqında açıqlama verib. 

Milletinsesi.az football-espana.net-ə istinadən xəbər verir ki, o, bu keçidin mümkün olmadığını bildirib:

“Bu söz-söhbətlər necə yaranır, bilmirəm. Amma onu deyim ki, Kriştianonun “Atletiko”ya gəlməsi mümkün deyil”.

Qeyd edək ki, Ronaldonun qısa müddət ərzində “Mançester Yunayted”dən ayrılmağa çalışdığı barədə məlumatlar yazılır. Buna səbəb isə 37 yaşlı hücumçunun Çempionlar Liqasında mübarizə aparan komandada oynamaq istəməsidir. Daha əvvəl onunla “Bavariya”, “Çelsi” kimi klubların da maraqlandığı bildirilmişdi. Portuqaliyalı forvardın “qırmızı şeytanlar”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Share: