“Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılışında iştirak etməkdən şadam”

“Avropanın 35 ölkəsindən 276 gənc liderin iştirakı ilə Bakıda baş tutan Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılışında iştirak etməkdən şadam!”.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko tviterdə yazıb.

O bildirib ki, tədbir Avropa dəyərlərini təbliğ edən gəncləri bir araya gətirən “Təhsil hamı üçün” mövzusuna həsr olunub.

Qeyd edək ki, dünən Bakıda Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılış mərasimi olub.

Mənbə

Share: