Avtomobilə dəyən zərər üçün sığorta ödənişi artırıla bilər

“Avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əlaqədar maksimum həcmi 5 min manatdır. Ancaq bu tarif 8 il əvvəl müəyyənləşdirilib “.

APA-nın məlumatına görə, bunu bu gün İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov KİV nümayəndələri üçün təşkil olunmuş maarifləndirici seminarda çıxış edərkən bildirib.

R. Əhmədov deyib ki, hazırda ölkədə bahalı xarici avtomobillər çoxalıb: “8 il əvvəl 5 min manat da xarici valyuta ifadəsində daha böyük rəqəmlə ifadə olunurdu. Ona görə də avtomobilə dəyən ziyanla bağlı maksimum 5 min manat tarifinə yenidən baxılması üzərində iş aparırıq. Bu istiqamətdə araşdırmalar aparılır və bu ayın sonunda mütəxəssislər bununla bağlı təkliflərini ortaya qoyacaqlar”.

Share: