Azərbaycanda 400 min nə­fərdən artıq insan rep­res­si­yaya mə­­ruz qalıb

1920-1950-ci illərdə rep­res­si­yaya mə­­ruz qal­mış vətəndaşların ümumi sayı 400 min nə­fərdən artıq olmuş, bundan başqa yarım milyon insan ölkə ərazisindən sürgün edilmişlər.

Bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

Onun sözlərinə görə, 1920-ci ilin may ayından 1921-ci ilin əvvəlinədək “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyası tərəfindən 40 min soydaşımız öldürülüb. 1934-1938-ci illərdə Daxili İşlər Xalq Ko­missarlığı tərəfindən 80 mindən artıq şəxs güllələnmə cəza­sına məh­­kum edilmişdir. Təkcə 1937-ci ildə Azərbaycanda 22 xalq komis­sarı, 49 rayon partiya komitəsinin katibləri, 29 rayon İcra­iyyə komitə­sinin sədrləri, 57 zavod və mədən di­rek­torları, 95 mühəndis, 110 hərbi qul­luqçu, 207 partiya və həmkarlar ittifaqı işçiləri, 8 professor həbs edil­miş, əksəriyyəti güllə­lən­mişdir:

“Ötən əsrin 20-ci illərindən başlayaraq ardıcıl olaraq “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyanın, “NKVD” adı ilə qorxu və vahimə hissləri oyadan Daxili İşlər Xalq Komissarlığının yerləşdiyi bu binada “Siyasi Repressiya Qurbanları Muzeyi”nin yaradılması tarixin tələbidir. Dahi Öndər Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanla­rının tarixində silinməz qara ləkə kimi qiymətləndirdiyi 1920-1950-ci il­lərdə bu qalın divarlar arxasında xalqımızın minlərlə övladlarına “xalq düşməni”, “Vətən xaini” damğası vurularaq, görkəmli ziyalı və mütə­fək­kirlər, elm və mədəniyyət xadimləri fiziki və mənəvi məhvə məruz qal­mış­lar. Düşünülmüş surətdə təhlü­kəsizlik orqanla­rında, xü­susən də ölüm hökmləri çıxaran üçlüklərin tərkibində yerləşdirdirilən er­məni daşnakları tərəfindən millətimizin qabaqçıl simaları, sözün əsl mə­nasında işıqlı və aydın insanları imperiyanın qaçılmaz ölüm və sür­günlərinə məhkum edilmiş, neçə-ne­çə nəsillərin ən layiqli nüma­yən­də­ləri yaşayıb-yaratmaq imkanından məhrum olun­muşlar”.

E.Quliyev bildirib ki, ümummilli Lider Heydər Əliyevin təhlü­kə­sizlik orqanlarının milli maraqlara zidd fəaliy­yə­tinə son qoyulmasına yönəlmiş fəda­kar xidmət­ləri nəticəsində vaxtilə şəhər sakinlərinin yanın­dan qor­xu ilə keçdikləri, azərbaycanlılara qarşı “qırmızı terror”un simvolu olan bu binada hazır­da müstəqil Azərbaycanın dövlət müs­təqilliyininin əsas göstəricilərindən birinin – dövlət sərhədlərinin toxunul­mazlığına cavab­deh olan dövlət orqanı – Dahi Öndərin 2002-ci ildə ya­ratdığı Dövlət Sərhəd Xidməti yerləşir. 2005-ci ilin avqust ayında Azərbaycan Res­publikasının Prezi­denti Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyevin bu binada Dövlət Sərhəd Xidmətinin hərbi hissə­lə­rinə döyüş bay­raq­larını təqdim etməsi Azər­bay­can sərhədçilərində böyük ruh yüksəkliyi yaratmışdır. (Trend)

Share: